• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Məmmədov - Əvəz jurnalist deyil, cinayətkardır

Rasim Məmmədov - Əvəz jurnalist deyil, cinayətkardır
12.09.2022 14:24
Həbsdə olan və məhkəməsi davam edən iş adamı Rasim Məmmədov "Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının onu və ailəsini şantaj etdiyini açıqlayıb.

Rasim Məmmədov Əvəz Zeynallının neçə illər ərzində onu və ailəsini dəfələrlə hədələdiyini, şantaj etdiyini deyib.
 
"Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir, məni və ailəmi şantaj edərək, pul tələb edir. Əvəz Zeynallı Loğman Zülfüqarlıdan ("Baku Steel Company" şirkətinin əvvəlki sahiblərindən-red.) pul alıb, mənə qarşı yalan-böhtanla məşğul olub. Həbsdə olan vaxt Türkiyə xüsusi xidmət orqanlarına məlumat verib ki, guya Loğman Zülfüqarlının oğurlanmasına mən göstəriş vermişəm. İndi şükür Allaha, Əvəz gəlib oturub qonşuluqda, ağlı başına gələr. Mən onunla bağlı rəsmi qaydada şikayət irəli sürürəm”.

Dövlət ittihamçısı Rasim Məmmədovun dediklərinə münasibət bildirərək, bu məlumatlarla bağlı iltizam tətbiq edilməli olduğunu deyib: "İttiham olunan şəxs cinayət tərkibi olan məlumatlar verdi. Bunlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir".

Sentyabrın 7-də haqqin.az saytı Əvəz Zeynallının Rasim Məmmədovun ailəsini şantaj edərək 20 min manat pul alması barədə məlumat və səs yazısı yayıb.

Bununla əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb, Əvəz Zeynallı və Rasim Məmmədovun vəkili Elçin Sadıqov həbs olunub.Apa
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol