• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA-nın sədri ABŞ-a getdi

ANAMA-nın sədri ABŞ-a getdi
12.09.2022 19:30
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri təşkil olunub.  Bu barədə ANAMA-dan məlumat verilib.
 
Bildirilib ki, nümayəndə heyətinin tərkibi azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul şəxslərindən ibarətdir.
 
2022-ci il 12-16 sentyabr tarixlərində baş tutacaq səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin gündəmə gətirilməsi, azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılmasının əsas strateji hədəf olaraq önə çəkilməsi, bu sahədə mümkün dəstəyin göstərilməsi məqsədilə bir sıra önəmli qurumlarla mərhələli şəkildə görüşlər və dəyirmi masalar keçiriləcək.
 
Amerika Birləşmiş Ştatları müvafiq beynəlxalq qurumlar vasitəsilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyəti dövründə müxtəlif layihələrin gerçəkləşməsində və müharibədən sonrakı dövr ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində bir sıra əhəmiyyətli layihələrə dəstək göstərib.
 
ABŞ dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə keçiriləcək görüşlər mina probleminin həllinə dair beynəlxalq səviyyədə səylərin birləşdirilməsi, regionda sabitlik, eləcə də davamlı sülhün təmini istiqamətində öz töhfəsini verəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol