• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşa qarşı kobudluq edən polis işdən çıxarıldı

Vətəndaşa qarşı kobudluq edən polis işdən çıxarıldı
12.09.2022 15:34
Bakıda "Düş, söhbət edək, maykada maşın sürərlər?” deyən yol polisi əməkdaşı tutduğu vəzifəsindən azad olunub. 
 
Sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar.

Belə ki, Malik Qasımov işdən çıxarılıb, Elnur İsgəndərov isə şiddətli töhmət alıb. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, baş verən hadisə ilə bağlı hər iki polis əməkdaşı barəsində intizam tədbirləri seçilib.

"İstər vətəndaş, istərsə də polis əməkdaşı etdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Heç kəs qanunun aliliyi prinsipini unutmamalıdır”.

Bir müddət əvvəl Bakıda yol polisi ilə sürücü arasındakı mübahisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Videogörüntülərdə sürücüyə özünü təqdim edən inspektor Malik Qasımov sürücünü çəkiliş etməkdə günahlandırmaqla, kameranı söndürməsini, ona maşından düşərək söhbət etməyi təklif edib. Eyni zamanda, polis vətəndaşa: "Düş, söhbət edək, maykada maşın sürərlər?” - kimi sözlər deyib.

Daha sonra maşına yaxınlaşan polis kapitanı Elnur İsgəndərov da sürücüyə arxa işığının yanmadığını irad tutub və eyni zamanda, onun alkotestdən keçməsi üçün cihaza üfürməsini istəyib. Sürücü isə: "Mən içkili deyiləm, sözümə inanmırsan?” - cavabını verib. Polis kapitanı isə sürücüyə sözünün kifayət etmədiyini deyib və mübahisə yaranıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol