• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Əvəz Zeynallının apellyasiya şikayətinə baxılacaq

Sabah Əvəz Zeynallının apellyasiya şikayətinə baxılacaq
12.09.2022 16:55
Sabah "Xural" televiziyasının rəhbəri Əvəz Zeynallının həbsi üzrə verilən apellyasiya şikayətinə baxılacaq. Bu barədə jurnalistin hüquqlarını müdafiə edən vəkil Aqil Layıc məlumat verib.
 
Vəkilin sözlərinə görə, şikayətə sabah saat 11:00-də Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.
 
Bir neçə gün öncə "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev jurnalist Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb. O, Ə.Zeynallının hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib. E. Fətullayev, həmçinin 20 min manatın Rasim Məmmədovun vəkili Elçin Sadıqov tərəfindən Əvəz Zeynallıya çatdırıldığını iddia edib.
 
Əvəz Zeynallı və Elçin Sadıqovun ofislərində axtarış aparılıb. Hər iki şəxs saxlanılaraq, barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 
 
Jurnalist Əvəz Zeynallı barəsində seçilən həbs qətimkan qərarından apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsindən qərarın ləğv edilməsi və onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi xahiş edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol