• $
  • €
  • ₽
  • ₺
  • £

Kardioloq xolesterini aşağı salan əsas 5 qidanın adını çəkib

Kardioloq xolesterini aşağı salan əsas 5 qidanın adını çəkib
12.09.2022 23:30
Kardioloq Elizabet Klodas qandakı "pis xolesterin”in səviyyəsini aşağı salan ən yaxşı beş qidanın adını çəkib. Kardioloqun şərhi CNBC telekanalında yayımlanıb.

Mütəxəssisin fikrincə, xolesterinin aşağı salınmasında irəliləyiş görmək üçün ciddi pəhriz saxlamaq lazım deyil. "Pis xolesterin”in səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmaq üçün pəhrizi bir sıra qidalarla əvəzləmək lazımdır.

Belə yeməklərdən biri də yulaf əzməsidir. Yulaf həzm sistemi tərəfindən udulan xolesterinin miqdarını azaldan liflə zəngindir. Aparılan araşdırma nəticəsində məlum olub ki, gündə 10 qram lif istehlak etmək infarkt riskini 14% azalda bilər.

Xolesterini azaltmaq üçün digər faydalı məhsul badamdır. Lazım gələrsə, badamı fındıq, qoz, püstə ilə əvəz etmək olar.

Çia toxumları omeqa-3 yağ turşuları sayəsində ürək-damar xəstəlikləri riskini 16% azalda bilər. Bu turşular "pis xolesterin”in səviyyəsinə nisbətən az təsir göstərsə də, "yaxşı xolesterin”i yüksəltməyə kömək edir.

Tərəvəzlərin müntəzəm istehlakı da damar sağlamlığına və xolesterinin səviyyəsinə faydalı təsir göstərir. Mütəxəssis xüsusilə brokoli, ispanaq, Brüssel kələmi yeməyi məsləhət görür.

Qarpız da xolesterini azaltmağa kömək edə bilər. Onun tərkibində xolesterinin səviyyəsinə təsir edən likopen var. Qarpızı alma, üzüm, çiyələk, sitrus meyvələri və ya avokado ilə də əvəz etmək olar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol