• $
  • €
  • ₽
  • ₺
  • £

Ağalıda nağdsız ödəniş üçün terminallar quraşdırılıb

Ağalıda nağdsız ödəniş üçün terminallar quraşdırılıb
12.09.2022 22:00
Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd” konsepsiyasının ən mühüm komponentlərindən biri olan nağdsız ödəniş ekosisteminin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.
 
AMB-dən verilən məlumata görə, bank sektoru və beynəlxalq kart təşkilatlarının iştirakı ilə rəqəmsal ödəniş həllərinin tətbiqi kənd sakinlərinin maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaqla rahat, sürətli və təhlükəsiz ödənişlərin qəbuluna imkan yaradıb.
 
Həyata keçirilən tədbirlər çərçivəsində Ağalı kəndində fəaliyyət göstərən təsərrüfat subyektləri nağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütün zəruri vasitələrlə təmin olunmuşdur. Alternativ ödəniş imkanlarının formalaşdırılması məqsədilə Ağalı kəndində ödəniş terminalları quraşdırılıb, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxil imkanı yaradılıb. Eyni zamanda, ödəniş kartlarının əldə olunması üçün müraciət edən şəxslərə bank hesabları açılıb və ödəniş kartları təqdim olunub.
 
Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, "Kapital Bank” ASC və "Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə Ağalı kənd orta məktəbinin şagirdləri üçün "Smart təhsil kartı” layihəsi uğurla icra olunmuşdur. Layihə çərçivəsində həm məktəbli kartı, həm də nağdsız ödənişlərin həyata keçirilməsinin dəstəklənməsi funksionallıqlarını özündə birləşdirən smart təhsil kartları şagirdlərə təqdim edilib.
 
Ağalı kəndində yaradılmış nağdsız ödəniş infrastrukturundan istifadənin stimullaşdırılması məqsədilə "Azərbaycan Beynəlxalq Bankı” ASC, "Kapital Bank” ASC və "Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi "cashback” layihələrinə start verilmişdir. Bununla yanaşı, əhalinin maliyyə savadlılığının artırılması məqsədilə bütün hədəf qruplarını əhatə edəcək maarifləndirici tədbirlər proqramı hazırlanmışdır. Proqram çərçivəsində məktəblilər üçün nəzərdə tutulan vebinarlarda iştirakın stimullaşdırılması məqsədilə bütün məktəblilər planşetlərlə təmin olunub.
 
"Ağıllı kənd” konsepti əsasında həyata keçirilən nağdsız ödəniş layihələrinin digər regionlarda da tətbiqi nəzərdə tutulub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol