• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilərimiz beynəlxalq olimpiadada yüksək nəticə əldə ediblər

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilərimiz beynəlxalq olimpiadada yüksək nəticə əldə ediblər
10.09.2022 13:16
28 avqust-3 sentyabr tarixlərində Rumıniyada keçirilən Yeniyetmələrin Balkan İnformatika Olimpiadasında (JBOI 2022) ölkənin aparıcı mobil operatoru "Azercell Telekom” MMC-nin dəstəklədiyi Azərbaycan komandası yüksək nəticə nümayiş etdirib. Bu beynəlxalq bilik yarışmasında ilk dəfə çıxış edən məktəblilərimiz 1 qızıl və 1 bürünc medal, əlavə olaraq 2 həvəsləndirici mükafat qazanıblar. 

JBOI 2022 olimpiadasında qızıl medala Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fuad Qarayev, bürünc medala isə "Ankara məktəbi” məktəb-lisey kompleksinin 9-cu sinif şagirdi Əli Əliyev sahibləniblər. Quba Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev və Fizika  riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Şahin Ələkbərli isə yarışmanın həvəsləndirici mükafatına layiq görülüblər. 

 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq yarışlara hazırlıq prosesi  "Azercell Telekom”-un Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən istedadlı məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 10 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 37 medal qazanıblar. Azercell şirkəti Azərbaycanda təhsilin inkişafına və gənclərin potensialının üzə çıxarılmasına xidmət edən layihələri dəstəkləməkdə davam edəcək.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol