• $
  • €
  • ₽
  • ₺
  • £

MTN əməliyyat keçirdi

MTN əməliyyat keçirdi
15.04.2014 16:08
 Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana 36 kiloqram 500 qram narkotik vasitənin daşınmasının qarşısı alınıb.MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Eldar Qurban oğlu hazırda şəxsiyyəti istintaqla araşdırılan Rza adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni İrandan qaçaq yolla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirmişlər. Məlum olmuşdur ki, 2013-cü ilin təxminən yanvar ayının əvvəllərində «Ağa» ləqəbli Rza adlı İran vətəndaşı külli miqdarda narkotik vasitə olan heroinin İrandan Azərbaycana gətirilməsini təşkil etmiş və Eldar Həsənova həmin narkotik vasitəni əvvəlcədən müəyyən edilmiş gizli yerdən götürüb Rusiya Federasiyasına göndərməyi tapşırıb. Eldar Həsənov da həmin narkotik vasitəni oradan götürərək başqa bir yerdə gizlədib. MTN-in əməliyyat tədbirləri nəticəsində Eldar Həsənov saxlanılın, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirilən baxış zamanı 25 kiloqram 600 qramdan artıq heroin aşkar edilərək götürülüb. MTN tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Əkbərov Tofiq Ağabala oğlu və Bağırov Zaur Abasəli oğlu saxlanılmışlar. Baxış zamanı təxminən 8 kiloqram 500 qram həşiş və 2 kiloqram 440 qramdan artıq tiryək aşkar edilərək götürülüb. Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən CM-nin 206.4-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işləri başlanılıb, Eldar Həsənov, Tofiq Əkbərov və Zaur Bağırov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol