DSX-nin baş leytenantı döyüşdə ölüb - FOTO

Dövlət Sərhəd Xidmətinin baş leytenantı Fərid Mehbalı Azərbaycan və Ermənistan sərhədində baş verən son döyüşlərdə vəfat edib. Bu barədə anews.az-a etibarlı mənbələrdən məlumat verilib.
"Dövlət Sərhəd Xidmətinin baş leytenantı Fərid Mehbalı Zəngilan ərazisindən döyüşlərdə həlak olub. Yaxın günlərdə kapitan rütbəsi alacaqdı", mənbə bildirib.
28 yaşlı hərbçi Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbə sakini olub.
Dövlət Sərhəd Xidmətindəт anews.az- a bildirib ki, bu barədə rəsmi açıqlama yoxdur.

Kənan Əzizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























