• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya yeni metro vaqonları gətirilir

Bakıya yeni metro vaqonları gətirilir
13.09.2022 12:58
Oktyabra qədər Bakıya 20 vaqon gətiriləcək. Bu barədə Metronun 55 illiyi ərəfəsində keçirilən tədbirində deyilib. 
 
Bildirilib ki, yeni vaqonlar daha geniş, işıqlı və hermetikdir. Qatarlar Bakıya gətirildikdən sonra sınaqdan keçiriləcək və istismara veriləcək.
 
Bakı Metropoliteni"nin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov isə bildirib ki,  hazırda "Bakı Metropoliteni"nin vaqon parkının 30%-dən çoxu yeni vaqonlardır. 

"Yeni vaqonların alınması ilə bağlı Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə əməkdaşlığımız növbəti illərdə də davam edəcək. Onlar bizə texniki xidmət və ehtiyat hissələri ilə bağlı da dəstək verir. Qarşıdakı illərdə digər istehsalçılarla əməkdaşlıq etmək nəzərdə tutulmur. Hazırda yeni qatarlarımızın sayı 19-dur, 4 yeni qatarın gətirilməsi ilə 23-ə çatdırılacaq. Bundan başqa, bu il 10 köhnə vaqon sökülüb, aidiyyatı üzrə qara və əlvan metalları təhvil verilib. Bu proses növbəti illərdə də davam etdiriləcək", - o bildirib. 
 
Səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib ki,  "Bakı Metropoliteni" QSC-nin mütəxəssislərindən ibarət nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edib.

Onun sözlərinə görə, səfərin məqsədi metronun qonşu ölkənin "Metrovaqonmaş" şirkətinə sifariş etdiyi və hazırda istehsal olunan 4 qatara (20 vaqona) baxış keçirməkdir.

"Tezliklə həmin qatarlar Bakıya gətiriləcək", - o deyib.
 
Sədr müavininin sözlərinə görə "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında texniki tələblərə cavab verməyən, stansiyanın estetik görkəminə uyğun gəlməyən işıqlandırma sistemi yenidən qurulacaq.

"Bu məqsədlə hazırlıq işləri görülüb. Yenidənqurma sərnişin hərəkətinə maneə yaratmamaq üçün, əsasən, gecə saatlarında həyata keçiriləcək. Gündüz stansiya yolunun işıqlandırılmasının hərəkətin təşkilinə uyğun olması üçün ehtiyat şəbəkə qurulub. İşlər çərçivəsində stansiya yolunda kosmetik işlər də aparılacaq. Buna qədər stansiyanın orta zalında əsaslı təmir işləri aparılıb. Nizami Gəncəvinin ölməz sənət əsərlərindən ibarət pannolar orijinal görkəminə qaytarılıb. Həmin zaman standiyanın orta zalının işıqlandırmama sistemi də yenidən qurulub", - o qeyd edib.
 
 Eyni zamanda "Bakı Metropoliteni" QSC koronavirus (COVID-19) pandemiyası dövründə QR kod və bank kartı ilə ödənişləri sınaqdan keçirilib.

Bunu səhmdar cəmiyyətinin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.

"Bu cür ödənişlərin tətbiqinə tam hazırıq, qərar gözləyirik", - o bildirib.
 
Sadiq Cavadov
 

 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol