• $
  • €
  • ₽
  • ₺
  • £

Payızda yoluxma hallarının artacağı proqnozlaşdırılır

Payızda yoluxma hallarının artacağı proqnozlaşdırılır
13.09.2022 15:36
Payızda yoluxma hallarının artacağı proqnozlaşdırılır, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı payız aylarında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında artım olacağını proqnozlaşdırır.

"İyundan etibarən ölkəmizdə yoluxma saylarında müəyyən artımlar var. Doğrudur, yoluxma halları 500-700 səviyyəsində stabilləşib. Hətta son günlər infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını üstələyir. Əvvəlki dalğalarda da bunu müşahidə etmişik. Payız mövsümü yaxınlaşır və havalar soyuyur. Bu zaman təkcə COVID deyil bütün hava-damcı infeksiyalarına yoluxma faktlarında müəyyən artımlar, respirator alovlanmalar olur. Pandemiya təcrübəsinə baxsaq görərik ki, 2020-2021-ci illərdə də eyni halı yaşamışıq. Çünki həmin dövrdə infeksiyaların yayılması üçün əlverişli şərait yaranır. Havalar soyuq olduqda insanlar daha çox qapalı mühitlərdə toplanırlar, yaxın təmasların sayı artır, otaqların havalandırılması azalır. Digər tərəfdən isə vətəndaşlar infeksiyaya yoluxma hallarının az olduğu vaxtlarda arxayınlaşaraq fərdi qoruyucu vasitələrdən, maskadan istifadə etmirlər, qaydalara laqeyd yanaşırlar. Bir yandan da payız aylarında insan immunitetinin təbii olaraq zəifləməsi, ikinci tərəfdən isə vaxt keçdikcə istər vaksinasiya, istərsə də xəstəliyi keçirmə nəticəsində koronavirusa qarşı əldə olunmuş immunitetin zəifləməsi baş verir. Bütün bu faktorlar infeksiyanın ötürülməsini daha da asanlaşdırır. Bunu əyani olaraq gündəlik yoluxma hallarında görürük. Payızda yoluxma hallarının artacağı proqnozlaşdırılır. Ona görə də bu ərəfədə diqqətli olmalı və qabaqlayıcı tədbirləri görməliyik", - o deyib.

Mütəxəssis-ekspert bildirib ki, əvvəllər stasionarın izafi yüklənməsi baş verdiyindən dövlət müəyyən qapanmalara getməyə məcbur olurdu. İndi isə yüksək yoluxma halları olanda belə yüngül xəstələrin sayının çox, stasionar yatışların sayının az olması səbəbindən izafi yüklənmə qeydə alınmır.

 "Belə olan halda sərt qapanmalara getməyə ehtiyac olmur. Odur ki, verilən qərarlar ancaq tövsiyə xarakterlidir, yəni maskanın taxılması, məsafə saxlanılması ilə bağlıdır. Düşünürəm ki, belə də davam edəcək. Ehtimal olunur ki, izafi yüklənmə olmayacaq”, - qeyd edib.

Eyvazovun sözlərinə görə, dünyada hazırda COVID-19-un "omikron” ştamının bir-birindən müəyyən qədər fərqlənən alt tipləri üstünlük təşkil edir və yayılır. Yeni bir ştamın əmələ gəlməsi isə nəzəri olaraq mümkündür.

"Qonşu ölkələrə nəzər salsaq, görərik ki, onlarda artımlar bizdən əvvəl başlayıb və yoluxanların sayı kifayət qədər çoxdur. Azərbaycanda COVID-19-la əlaqədar epidemioloji vəziyyət nisbətən stabil və nəzarətolunandır.

Pandemiya təcrübəsi bizə pandemiya davranışını öyrədib. Bilirik ki, alovlanmalar vaxtı nələrə riayət etməliyik, özümüzü necə gözləməliyik. Bir qədər diqqətli olmaq lazımdır. Etinasızlığın ağır nəticələrə gətirib çıxardığına bir neçə dəfə şahid olmuşuq”, - o bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol