• $
  • €
  • ₽
  • ₺
  • £

Himn oxuyan jurnalist saxlanılıb - VİDEO

Himn oxuyan jurnalist  saxlanılıb - VİDEO
13.09.2022 16:27
"Səda” TV-nin jurnalist-aparıcısı Elnur Şükürov evində axtarış edilərək saxlanılıb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov bildirib. 
 
"Sentyabrın 13-ü gecə saatlarında jurnalist Elnur Şükürovun evində axtarış aparılıb və prokurorluq əməkdaşları tərəfindən naməlum istiqamətdə aparılıb. Jurnalistə vəkil tutulmayıb",  - Səfərov bildirib.   
 
Onun sözlərinə görə,  jurnalistin saxlanılma səbəbi haqqın.az xəbər saytının baş redaktoru Eynulla Fətullayevin facebook sosial şəbəkəsində yazdığı statusla bağlıdır. Belə ki, həmin statusda baş redaktor jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun Baş Prokurorluğun İstintaq idarəsində dindirilərkən binanın   qarşısında dövlət himnini oxuyan bir jurnalistin səs yazısını yayacağını bildirmişdi. Amma jurnalistin adı və səs yazısını açıqlamamışdı.  
 
"Dünən Baş Prokurorluq qarşısında dövlət himnini oxuyan bir jurnalistin səs yazısını yayacam. Peşəmizə kölgə salıb jurnalistikanı ucuzlaşdıran bu şəxs bir məmuru təhdid edib, şantaj edir. İşi araşdırıram. İlanın başını əzməliyik! Başqa yolumuz yox! Əks halda jurnalistikamızın mənən təmizlənməsini və yeni mərhələyə çıxmasını təmin edə bilməyəcəyik", Fətullayev bildirib.
 
Elnur  Şükürov himn oxuyanlar arasında olub. Onun hansı maddə ilə ittiham olunduğu bilinmir.
 
Baş Prokurorluğun mətbuat xidmətindən Anews.az bildirdilər ki, məsələ ilə bağlı araşdırma aparılır və məlumat olan kimi saytımıza bildiriləcək. 


 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol