• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük Akademiyasına qəbul olan 29 tələbə 600-dən çox bal toplayıb

Gömrük Akademiyasına qəbul olan 29 tələbə 600-dən çox bal toplayıb
13.09.2022 21:30
Bu tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat səviyyəsində 5 ixtisas üzrə 140, magistratura səviyyəsində 2 ixtisas üzrə 9 tələbə qəbul olunub. 2022/2023-cü tədris ilində Akademiyaya qəbul olan 29 tələbə – qəbul olmuş tələbələrin 20 faizdən çoxu 600-dən çox bal toplayıb.
 
Bunlardan 12 nəfəri İnformasiya təhlükəsizliyi, 9 nəfəri "İnformasiya texnologiyaları” ( tədris ingilis dilində), 7 nəfəri "Hüquqşünaslıq”, 1 nəfəri isə "Beynəlxalq ticarət və logistika” (tədris ingilis dilində) ixtisası üzrə qəbul olunub. Akademiyaya builki qəbulda ən yüksək göstəricini 656,9 balla İnformasiya texnologiyaları ixtisası üzrə İsmayılov Rüfət toplayıb.
 
Bu il Akademiyada bakalavriatura səviyyəsinə I ixtisas qrupu üzrə "İnformasiya təhlükəsizliyi”, "İnformasiya texnologiyaları” (tədris ingilis dilində), II ixtisas qrupu üzrə "İqtisadiyyat”, "Beynəlxalq ticarət və logistika” (tədris Azərbaycan və ingilis dillərində), III ixtisas qrupu üzrə "Hüquqşünaslıq” ixtisasına, həmçinin magistratura səviyyəsinə "Gömrük işi" və "Beynəlxalq iqtisadi hüquq" ixtisaslarına qəbul aparılıb.
 
2022/2023-cü tədris ilindən etibarən "İnformasiya texnologiyaları” və "Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə ilk dəfə olaraq tədrisin ingilis dilində təşkil olunacağı qruplara tələbə qəbul edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol