• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs olunduğu gündən Elçinlə görüşə bilməmişik - VƏKİL

Həbs olunduğu gündən Elçinlə görüşə bilməmişik - VƏKİL
13.09.2022 17:18
Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən vəkil Elçin Sadıqovun azadlığa buraxılması üçün apellyasiya şikayəti verilib. Bu barədə onun həmkarı, vəkil Bəxtiyar Hacıyev bildirib.
 
O qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinə müvafiq şikayət göndərilib. Şikayətə 15 sentyabr saat 15:30-da hakim Zəki Babayevin sədrliyi ilə baxılacaq.

Bundan başqa Bəxtiyar Hacıyev 3 gündür həbsdə olmasına baxmayaraq, hələ də Elçin Sadıqovla görüşə bilmədiklərini deyib.
 
"Görüş üçün Baş Prokurorluğun icazəsi olmalı və buna şərait yaradılmalıdır. Lakin həbs olunduğu gündən Elçinlə görüşə bilməmişik. Nə mənə, nə də digər vəkil həmkarıma şərait yaradılmır”, - vəkil bildirib.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlu öz istəyi ilə dəvət edilmiş vəkillər-Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.

Sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan Elçin Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Elçin Sadıqov müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlu öz istəyi ilə dəvət edilmiş vəkillər-Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.
 
Aytac


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol