“Xural TV”nin redaksiyasında yenidən axtarış aparıldı

"Xural Yayınları” MMC-nin baş direktoru, jurnalist Əvəz Zeynallının iş yerində növbəti dəfə axtarış aparılıb. Bu barədə Əvəz Zeynallının xanımı Məlahət Zeynallı məlumat yayıb.
"Baş Prokurorluğun İstintaq İdarəsi "Xural TV”nin redaksiyasında 2-ci dəfə axtarış apardı”,- Məlahət Zeynallı söyləyib.
Rəsmi ittihama əsasən, "Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun "Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqustunda onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























