• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ

Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
14.09.2022 11:50
Sabah, 15 sentyabr "Bilik Günü"nün qeyd edilməsi məhdudlaşdırılacaq. Belə ki xüsusi bəzəklərin, musiqinin istifadə olunmaması tələb olunur. Kütləvi toplaşma, bayram abu havası olmadan adi dərs günü kimi keçiriləcəyi bildirib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Elm və Təhsil Nazirliyindən faktı anews.az-a təsdiqlədilər. Qurumun mətbuat xidmətindən bildirildi ki, Ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – "Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.

"Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olubŞəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik! Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – "Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur. Ümumi təhsil müəssisələrində ilk dərs "Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq", - nazirlikdən bildirilib.
 
2022-2023-cü dərs ilində birinci sinifə gedəcək şagirdlərin sayı 158 297, doqquzuncu sinifə 147 029, onbirinci sinifə isə 100 455 nəfər təşkil edir. Yeni tədris ilində 1 616 214 şagird təhsil alacaq.
 
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 12-i gecədən Ermənistan ilə sərhəddə vəziyyətin gərginləşdiyini yazıb. Ermənistan tərəfi də məlumatı təsdiqləyib. Tərəflər gərginlik də bir-birini günahlandırır. Azərbaycan MN bildiirb ki, Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Ermənistan Baş naziri Nikol Paşinyan isə 49 erməni hərbiçisinin öldüyünü açıqlayıb.

Mediada yayılan məlumata görə, sentyabrın 13-də 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
 
Ermənistanın Müdafiə Nazirliyi də hərbi toqquşma barədə açıqlama yayıb. Bildirilir ki, Azərbaycan Ermənistanın Gorus, Zod və İstisu rayonları istiqamətində intensiv atəş açır, döyüşə artilleriya və PUA-lar cəlb olunub. 

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb. Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub. Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb. Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
 
Ləman Qasımova
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol