• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "TikTok" dayandırıldı - RƏSMİ

Azərbaycanda "TikTok" dayandırıldı - RƏSMİ
14.09.2022 17:53
"TikTok” sosial şəbəkəsi Azərbaycanda müvəqqəti dayandırılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.

"Cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülmüşdür. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı "TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, "TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmışdır.

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır", - məlumatda qeyd edilib.
 
**********
Azərbaycanda bu gün günorta saatlarında "Tik Tok" və "Telegram" sosial şəbəkə platformalarının istifadəsində problemlər yaranıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən  bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - qurum bəyan edib.
 
Sosial şəbəkə istifadəçiləri "Telegram" və "Tik Tok"un fəaliyyətindəki problemin aradan qalxdığını bəyan edib. 

***********
Azərbaycanda "Tik Tok" və "Telegram" sosial şəbəkə platformalarında istifadəsində  problemlər yaranıb. 
 
İstifadəçilər hər iki sosial şəbəkəyə girişdə problem yaşayır, hesablarına giriş edə bilməyən istifadəçilər də var. 
 
Azərbaycanda sosial şəbəkə seqmentində internet ilə bağlı problem yaşandığı da deyilir.
 
Hələ ki, problemin lokal və ya qlobal olduğu bəlli deyil, rəsmi açıqlama isə yoxdur.
 
Aytac
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol