• $
  • €
  • ₽
  • ₺
  • £

"Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb

"Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
14.09.2022 16:44
Vətəndaşın pulunu ələ keçirməkdə ittiham olunan "patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəxsi həyata dair görüntülərin internet resurslarından silinməsi adı ilə vətəndaşların pulunu ələ keçirən vəzifəli şəxs barəsində daxil olmuş müraciət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri ilə "Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşın şəxsi həyatı ilə bağlı videogörüntülərin geniş izləyici kütləsi arasında yayılmasının qarşısının alınması məqsədilə həmin materialların əks olunduğu media və sosial şəbəkə səhifələrindən silinməsi ilə bağlı yalan vəd vermələrinə, bu yolla vətəndaşın 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla, Səməndər Niftəliyev və Həmzə Hüseynliyə həmin Məcəllənin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol