• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat Şurası qurultayla bağlı məlumat yaydı

Mətbuat Şurası qurultayla bağlı məlumat yaydı
14.09.2022 20:00
Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlardan Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak etmək üçün nümayəndələrin qəbulunu davam etdirir. Bu barədə  Mətbuat Şurasından məlumat verilib.

İndiyədək 70-dək təşkilat qurultayda iştirakını təsdiqləyib. Onlar eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinə namizədlərinin adlarını da təqdim ediblər. Qurultay nümayəndələrinin və namizədlərin qəbulu prosesi 2022-ci il sentyabrın 20-də başa çatacaqdır.
 
Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VIII qurultayının 2022-ci il sentyabr ayının 24-də keçirilməsi barədə 6 sentyabr 2022-ci il tarixli qərarını rəhbər tutaraq Mətbuat Şurasına üzv təşkilatlardan nümayəndələrin və namizədlərin adlarının təqdim edilməsini tezləşdirməyə çağırır.

Bununla bağlı müvafiq təlimat //presscouncil.az/az/news/257 linkində yer alıb. TK onu da bildirir ki, Mətbuat Şurasının presscouncil.az saytında "Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı ayrıca bölmə də yaradılıb ki, orada namizədlərin və nümayəndələrin verilməsi üçün  anketlər yerləşdirilib (//presscouncil.az/az/qurultay).
 
Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi bir daha Mətbuat Şurasına üzv təşkilatları qurultayla bağlı prosedurları tez bir zamanda yerinə yetirməyə çağırır. TK bildirir ki, prosesin nəzərdə tutulan vaxtda – 20 sentyabr 2022-ci il tarixdə yekunlaşması ali məclisin keçirilməsi ilə əlaqədar digər işlərin də icrasını təmin etmək baxımından vacibdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol