• $
  • €
  • ₽
  • ₺
  • £

Bu jurnalist həbs edildi - Prokurorluq

Bu jurnalist həbs edildi - Prokurorluq
14.09.2022 20:29
"Səda TV” internet kanalının rəhbəri həbs edilib, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
 

Baş Prokurorluğun İstintaq idarəsində Əvəz Zeynalov və Elçin Sadıqovun təqsirləndirilmələrinə dair cinayət işi üzrə aparılan istintaq gedişində "Səda TV” MMC-nin direktor müavini olmaqla eyniadlı internet kanalının faktiki rəhbəri Elnur Şükürovun qanunsuz əməlləri ifşa edilib.
 
İstintaqla Elnur Şükürovun Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədin əldə edilməsi müqabilində daşınmaz əmlakın alqı-satqısında vasitəçi xidməti göstərən Salman Nəsrullayevdən 50 min manat pul alaraq "Səda TV” internet kanalının imkanlarından istifadə etməklə tələb olunan arayışın verilməsinə dair müvafiq qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Göstərilənlərə əsasən, sentyabrın 14-də Elnur Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
 
haqqın.az xəbər saytının baş redaktoru Eynulla Fətullayevin facebook sosial şəbəkəsində bir müddət əvvəl Şükürov barədə səs yazısı yaydığını və onunla bağlı şikayət edəcəyini demişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol