• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən seksopatoloqlara zərbə

Nazirlikdən seksopatoloqlara zərbə
29.05.2020 00:36
Seksual problemlərlə bağlı dövlət xəstəxalaraındakı həkimə müraciət edənlər artıq bu imkanı itirmiş sayılırlar. Belə ki, Azərbaycandakı dövlət xəstəxana və klinikalarında seksopatoloji kabinetlər ləğv edilib. Modern.az saytının araşdırması zamanı məlum olub ki, səhiyyə naziri Oqtay Şirəliyev bu haqda hələ 2009-cu ildə əmr veribmiş. Əmr verilməsinə baxmayaraq, bu yaxınlaradək bəzi tibb ocaqlarında həkim-seksopatoloq ştatları və seksopatoloji kabinetlər fəaliyyət göstərib. Amm artıq belə kabinetlərin hamısı bağlanıb. İndi yalnız özəl klinikalara seksopatoloji kabinetlər fəaliyyət göstərir.Tanınmış həkim-seksopatoloq Xudaverdi Əliyev Modern.az saytına açıqlamasında bundan şikayətlənib. “Seksopatoloji xəstəliklər əvvəlki illərlə müqayisədə çox cavanlaşıb. Bu gün həkimə müraciət edən xəstələr arasında gənclər çoxluq təşkil edir. Təbii ki, xəstələr vaxtında həkimə müraciət etmədikləri üçün bir müddət keçdikdən sonra ciddi problemlərlə qarşılaşırlar. Bunun bir səbəbi mental xüsusiyyətlə bağlıdır. Yəni insanlar seksopatoloqa müraciət etməkdən utanırlar. Ancaq onlar bilməlidir ki, müalicənin ləngiməsi xəstəliyin xroniki hala keçməsi ilə nəticələnir, nəticədə orqanizmdə müxtəlif fəsadlara yol açılır. Ağır seksual problemləri olan posientlərdə, nikahda olan cütlüklərdə yaranan dishormoniyalı xəstələrə göstərilən köməklik, təəssüflər ki, dayana bilər. Çünki bu gün seksopatologiya sahəsinin öz adı altında fəaliyyət göstərməsinə qadağa qoyulub”, – deyə həkim-seksapatoloq qeyd edir.X.Əliyevin sözlərinə görə, dövlət xəstəxana və klinikalarında seksapatoloji kabinetlərin ləğvi ucbatından pasientlər seksopatoloqun yanına deyil, terapevtin yanına getməlidirlər. “1989-cu ilin avqustundan səhiyyə nazirinin əmri ilə Bakı şəhərinin ən böyük xəstəxana və poliklinikalarında seksopatoloji kabinetlər təşkil olunub. Həmin vaxtdan 7 nömrəli şəhər poliklinikasında həkim-seksopatoloq vəzifəsinə təyin olunmuşam. Çünki Tibb Universitetini bitirdikdən sonra Sankt-Peterburqda bu sahə üzrə ixtisasartırma kursları keçmişəm. Amma 2009-cu ildə səhiyyə nazirinin 119 saylı əmrinə əsasən həkim-seksopatoloq ştatı ləğv olunub və o, terapevt ştatı ilə əvəzlənib. Bu günə qədər öz ixtisası üzrə işləyən bir həkimin, 25 ildən sonra terapevt kimi fəaliyyət göstərməsi nə dərəcədə düzgündür, bunu başa düşə bilmirəm. Üstəlik, axı həkim-seksopatoloqlar onsuz da seksopatoloji problemlərin terapiyası ilə məşğul olur. Baxın, bu gün apteklərdə yüzlərlə adda seksopatoloji preparatlar satılır. Amma bu dərmanları xəstələrə terapevtlər deyil, həkim-seksopatoloqlar təyin etməlidirlər”. Həkim-seksapatoloqun fikrincə, sahənin adının dəyişdirilməsi xəstələrin düzgün qərar çıxarmasında problemlər yaradır. “İnsan xəstəliklə bağlı hansı həkimə müraciət edəcəyini bilmir. Təsəvvür edin də, seksopatoloji problemlə seksopatoloqun yanına gələn xəstəyə deyirlər ki, get özünü terapevtə göstər. Yəni ilk addımda göründüyü kimi xəstə problemlə qarşılaşır”. X. Əliyev problemin  dərhal çözülməsinin vacibliyini vurğulayır: “Düzdür, mən hələ də həkim-seksopatoloq kimi fəaliyyət göstərirəm. Çünki bu, ixtisasımdır. Amma hələ 2009-cu ildə məsələyə ciddi etirazımı bildirmişəm. Həmin vaxt məni poliklinikanın kadrlar şöbəsindən çağırıb dedilər ki, narahat olmağa dəyməz, sən onsuz da seksopatoloji kabinetdə terapevt vəzifəsində həkim-seksopatoloq ixtisası üzrə işləyəcəksən. Əmək kitabçamda da belə yazılıb. Lakin bir müddət sonra işlədiyim 7 saylı poliklinika təmirə bağlandı. 2014-cü ildə, yəni təmirdən sonra məlum oldu ki, həkim-seksopatoloq ştatı ləğv olunaraq terapevt ştatı ilə əvəzlənib. Mənim üçün çox maraqlıdır görəsən, bu ştatın ləğv olunması ölkəmizdə seksopatoloji xəstəliklərin və həmin xəstəliklə əlaqədar yaranan ailə problemlərinin qarşısını ala biləcəkmi?!”ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol