• $
  • €
  • ₽
  • ₺
  • £

Rus bölmələri ilə bağlı yenilik - Bu fənn azərbaycanca tədris ediləcək

Rus bölmələri ilə bağlı yenilik - Bu fənn azərbaycanca tədris ediləcək
16.09.2022 15:38
Azərbaycanın orta ümumi təhsil məktəblərinin rus bölməsində Azərbaycan tarixi fənninin bundan sonra dövlət dilində tədris olunacağı ilə bağlı məlumatlar yayılıb.  Artıq bununla bağlı bəzi məktəblərə tapşırıq verilib. Paytaxtda Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə rus bölməsinin 5-ci siniflərində bu prosesə başlanıldığı bildirilir. Şagirdlərə sözügedən fənnin dərslikləri rus dilində paylansa da, sonradan onların dəyişdirilərək Azərbaycan dilində kitablarla əvəzlənəcəyi bildirilib. 

Məsələ ilə bağlı məlumat almaq üçün Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində ölkənin 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində  Azərbaycan tarixi fənni dövlət dilində tədris ediləcək.
 
"Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır. Cari ildə 20 məktəbdə pilotun nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək”, - qurumdan deyilib.

Bu tədris ilindək məktəblərin rus bölmələrində Azərbaycan tarixi fənni rus dilində tədris edilirdi.(qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol