Elçin Sadıqovun məhkəməsi keçirildi

Bakı Apellyasiya Məhkəməsində Cinayət Məcəlləsinin rüşvət almanı nəzərdə tutan maddəsi ilə ittiham edilən və barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilən vəkil Elçin Sadıqovun şikayətinə baxılıb.
Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddələri ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Məhkəmədə hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elçin Sadıqovun vəkillərı çıxış edib və daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.
Vəkil İradə Cavadova məhkəmə iclasından sonra jurnalistlərə bildirib ki, Elçin Sadıqov həbs edildiyi tarixdən etibarən, yəni, 6 gündür ki, aclıq aksiyası keçirir.
Növbəti proses sentyabrın 17-də olacaq.
Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçib.
Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddələri ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir müddət əvvəl jurnalist Eynulla Fətullayev həmkarı Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığını iddia etmişdi. Daha sonra bununla bağlı səs yazısı yaymışdı. Həm Əvəz Zeynallı, həm də iş adamının vəkili olan Elçin Sadıqov iddiaları təkzib etmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























