• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərdə yaralanan mülki şəxslərin SON DURUMU

Kəlbəcərdə yaralanan mülki şəxslərin SON DURUMU
17.09.2022 13:50
Ermənistan silahlı qüvvələri bölmələrinin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində mərmi partlayışı zamanı sol ayağından qəlpə yarası alan Asim Musayev və topuğundan xəsarət alan Arzuman Orucovun durumu normaldır.
 
Asim Musayevin müalicə aldığı xəstəxanadan Report-a bildirilib ki, o, xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
 
Buna baxmayaraq, həkimlərin səyi nəticəsində A.Musayevin ayağını amputasiyadan xilas etmək mümkün olub: "Hazırda onun vəziyyəti stabildir".
 
Kəlbəcərdə xəsarət alan digər şəxs, A.Orucovun da vəziyyəti yaxşıdır. O, hadisədən sonra ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda A.Orucovun səhhətində ciddi problem yoxdur.


 Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
 
Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbçisi şəhid olub.
 
Bundan başqa, Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol