• $
  • €
  • ₽
  • ₺
  • £

Metro və avtobusda maska taxın! - TƏBİB-dən çağırış

Metro və avtobusda maska taxın! - TƏBİB-dən çağırış
17.09.2022 12:20
Azərbaycanda yeni tədris ilinin başlanması səbəbindən ictimai nəqliyyatda sıxlıq müşahidə edilir. Son günlər metro və avtobuslarda yaranan basabas koronavirusa yoluxma riskini yenidən artırır. Hazıda ölkədə epidemioloji vəziyyət nisbətən sabit olsa da, payızda yoluxma hallarının artması istisna edilmir. 
 
Belə olan hallda hansı qabaqlayıcı addımlar atılmalıdır?
 
Bu barədə danışan TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, avtobus və metrolarda sıxlığın olması, bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların tibbi maska taxmaması virusun geniş yayılmasına zəmin yaradır.
 
Tanınmış həkim vurğulayıb ki, dövlət qurumları ictimai nəqliyyatda müşahidə edilən sıxlığın aradan qaldırılması üçün müvafiq addımlar atmalıdırlar. 
 
Qapalı yerlərdə tibbi maska tələbinin yenidən tətbiqinə gəlincə, TƏBİB nümayəndəsi hazırda bu məsələnin gündəmdə olmadığını söyləyib.
Bundan əlavə, Vasif Əliyev vətəndaşları ictimai nəqliyyatda virusdan qorunmaq üçün maska taxmağa çağırıb:
 
"Hazırkı vəziyyətlə əlaqədar maskadan məcburi istifadənin yenidən tətbiq ediləcəyini düşünmürəm. Əlbəttə, yoluxma sayında artım olacağı təqdirdə belə qərar qəbul edilə bilər. Təbii ki, yoluxma sayının artmaması üçün vətəndaşlar ehtiyyatlı davransınlar. Yaxşı olar ki, ictimai nəqliyyatda mümkün qədər tibbi maskadan istifadə edilsin".(Modern.az)


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol