• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət sərhədini pozan əcnəbilər saxlanıldı

Dövlət sərhədini pozan əcnəbilər saxlanıldı
17.09.2022 12:33
Sentyabrın 15-də saat 08:50-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmə­yə cəhd edərkən 4 nəfər Şri-Lanka vətəndaşları, 2002-ci il təvəllüdlü İnthirakumar Dishanth, 1981-ci il təvəllüdlü Seevarathnam Vijayakumar, 1993-cü il təvəllüdlü Ukenthiran Sayanthan və 1999-cu il təvəllüdlü Ramachandran Thilakshan sərhəd pozucusu qismində saxlanılıblar.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən xəbərə görə, saxlanılan şəxslərdən üçünün rəsmi qaydada Qətərdən Doha-Bakı reysi ilə birinin isə Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol