• $
  • €
  • ₽
  • ₺
  • £

Əcnəbilərlə nikah - Azərbaycanlılar ən çox hansı ölkə vətəndaşlarını seçir?

Əcnəbilərlə nikah -  Azərbaycanlılar ən çox hansı ölkə vətəndaşlarını seçir?
19.09.2022 13:29
Qeydiyyat orqanlarında 2022-ci ilin ilk 8 ayında Azərbaycan Respublikasının vətəndaşı olan 1350 nəfərin əcnəbilə nikahı dövlət qeydiyyatına alınıb. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı olan 658 qadının və 692 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb.
 
Azərbaycanlılar daha çox aşağıdakı ölkə vətəndaşları ilə nikaha giriblər.
 
"Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, Ukrayna və İran İslam Respublikasının vətəndaşları ilə nikahının qeydə alınması üstünlük təşkil edib”, - qurumdan deyilib.
 
Nazirliyə əcnəbilərlə pozulan nikahların sayına dair ünvanladığımız sorğunun cavabında bildirilib ki, bu istiqamətdə statistika aparılmadığından müvafiq sualın cavablandırılması mümkün deyil.
 
Ədliyyə Nazirliyinin açıqladığı statistikaya əsasən, 2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol