Tələbə krediti bu il nə qədər şəxsə verilib? - RƏSMİ

2022-ci il payız semestri üzrə ümumilikdə 1575 tələbə təhsil krediti əldə edib. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Bildirilib ki, onlardan 521-i sosial, 1054-ü isə standart yönümlü kreditdir.
Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur.
Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.
Bu il tələbə təhsil kreditinə 3200 nəfər müraciət edib.
Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. Aşağıdakı tələblərə cavab verən tələbələr bu kreditdən yararlana bilərlər.
-Ünvanlı sosial yardım alan ailələrin üzvləri.
-3-cü dərəcə əlilliyi olanlar.
Hər iki valideyni aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar da bu kreditdən yararlana bilərlər.
-1-ci vəya 2-ci dərəcə əlilliyi olanlar.
-Ünvanlı sosial yardım alan ailələrin üzvləri.
-3-cü dərəcə əlilliyi olanlar.
Hər iki valideyni aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar da bu kreditdən yararlana bilərlər.
-1-ci vəya 2-ci dərəcə əlilliyi olanlar.
-İşsiz kimi qeydiyyatda olanlar.
-Yaşa görə əmək pensiyası alanlar
-Yaşa görə sosial müavinət alanlar.
Sosial kredit almağa hüququ olmayan tələbələr Standart kreditdən yararlana bilərlər.
Bu kredit üçün girov və ya zaminlik tələb olunmur və bu kredit siğortalanır. Tələbə təhsil kreditini 20 il müddətində qaytara biləcək. Kredit üçün faiz az olacaq. Əlavə olaraq, yaxşı oxuyan tələbələrə güzəştlər olunacaq.Bu güzəşt həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasına şamil olunur.
Təhsil-Tələbə krediti əcnəbi tələbələrə şamil olunmur. Məbləğ hər tədris ili üzrə ödənilir. Bank tərəfində birbaşa ali təhsil müəssəsinə ödənilir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























