• $
  • €
  • ₽
  • ₺
  • £

Arye Qut vəfat edib

Arye Qut vəfat edib
20.09.2022 12:11
"İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru Arye Qut ölüb. Bu barədə onun yaxınları məlumat verib. 

O, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Arye Qut 1975-ci ildə Bakıda, "Beşmərtəbə” adlanan ərazidə – keçmiş Nadejda Krupskaya, indiki Əlimərdan bəy Topçubaşov küçəsində doğulub.  Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri idi. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi var. Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışırdı.
 
2000-ci ildə İsrailə köçüb. 2002–2009-cu illər ərzində Arye Qut tanınmış "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri çalışıb. O, həm də 2007-2009-cu illərdə Türkiyənin İsraildə səfiri olan Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.
 
Bununla yanaşı, Arye Qut İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri kimi tanınır. Eyni zamanda, Arye Qut İsrailin dövlət radiosunda "Radio Reka" (rus dilində), "Reşet Bet" (ivrit dilində) və İsrailin 9 və 10 televiziya kanallarında daimi siyasi şərhçi kimi çıxış edir.
Arye Qut İsrailin hərbi sənaye kompleksində  5 ildən artıq çalışıb və bu strukturda post Sovet məkanında olan ölkələr sahəsində nüfuzlu mütəxəssislərindən biri hesab olunur. Eyni zamanda İsrailin müdafiə nazirliyində Arye Qut siyasi analitik və Cənubi Qafqaz regionu üzrə aparıcı mütəxəsislərdən biri hesab olunurdu.

Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən olub. Hal-hazırda Arye Qut İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının başçısıdır. Vaxtı ilə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində "Justice for Khojaly" beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisi idi.

2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.

İsrailin Təl-Əviv şəhərindəki "Medial" nəşriyyatında "Ağrı" bədii-sənədli romanı ingilis dilində çapdan çıxıb. İsrailli müəlliflər – ata və oğul - Əmir və Arye Qutun bu əsərində 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilən soyqırımı aktı ilə bağlı  hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən Bakıda rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur.


Ləman Qasımova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol