"D18 Hərəkatı"nın sədri Əhməd Məmmədli həbs edildi- YENİLƏNİB

Demokratiya 1918 (D18) hərəkatının sədri Əhməd Məmmədli Azərbaycanda İnzibati Xətalar Məcəlləsinin 535.1-ci(yəni polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq ) maddəsilə 30 sutka müddətinə həbs edilib. Bu barədə özü canlı yayımda bildirib.
Vəkil Aqil Layıc həbs barədə qərarı Səbail Rayon Məhkəməsinin verdiyini deyib. Məmmədli həbsinin sülh mövqeyinə və İlham Əliyevi tənqid etməsinə görə olduğunu iddia edib.
Məmmədli bu gün günorta saatlarında mülki şəxslər tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi onun saxlanma xəbərini təsdiqləyib və araşdırılma aparıldığını deyib.
*********
Daxili İşlər Nazirliyi Demokratiya 1918 Hərəkatının (D18 Hərəkatı) sədri Əhməd Məmmədlinin saxlanılmasını təsdiqləyib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Əhməd Məmmədli saxlanılıb və polis tərəfindən araşdırma aparılır.Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
********
Demokratiya 1918 (D18) hərəkatının sədri Əhməd Məmmədlinin bu gün, sentyabrın 20-i günorta saatlarında saxlanıldığı iddia edilir, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun İslam Səfərli küçəsində, mülki geyimli şəxslər tərəfindən saxlanıldığı deyilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, araşdırılır və bu barədə ictimaiyyətə məlumat veriləcək.
Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























