Azərbaycanda qadınların əməyi qadağan olunan peşələrin sayı azaldılır

Azərbaycanda qadınların əməyi qadağan olunan peşələrin sayı azaldılır. Bununla bağlı Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə Əmək Məcəlləsində dəyişiklik layihəsi daxil olub.
Azərbaycanda qadınlara qarşı-ayrı seçkiliyin bütün halları qanunvericiliklə qadağan olunub. Cəmiyyət həyatının bütün sahələrində gender bərabərliyinin və qadın hüquqlarının təmin olunması, müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət başçısının imzası ilə Milli Məclisə daxil olan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində də əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunması, qadınların əmək bazarında iştirakı ilə bağlı maneələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























