• $
  • €
  • ₽
  • ₺
  • £

Qara metal ixracı AZALDI

Qara metal ixracı AZALDI
20.09.2022 17:13
Azərbaycanda qara metallar və onlardan hazırlanan məmulatları ixracı 2022-ci ilin yanvar-avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə  3,8% azalaraq  97 507,37 min ABŞ dolları dəyərində 106 963,34 ton təşkil edib.

Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə 21,1% artıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,17 % təşkil edib.
 
Bu ilin yanvar-avqustunda Azərbaycan 152 779,01 min ABŞ dolları dəyərində 41 981,46 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə demək olar ki 66%, həcmi isə 13% artıb.
 
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,81% təşkil edib.
 
Bu ilin yanvar-avqustunda  Azərbaycana 657 980,24 min ABŞ dolları dəyərində 49 245 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 15,1% çox və 12,6% azdır.

Hesablamalara görə, cari ilin ilk səkkiz ayında ölkəyə 521 616,77 min dollar dəyərində 45 519 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici 2021-ci ilin eyni göstəricisindən dəyər baxımından 6,4% çox, say baxımından isə 13,3% azdır. Bundan başqa, bu ilin yanvar-avqust aylarında ölkəyə 66 304,15 min dollar dəyərində 3 202 vahid (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 18,7% çox, say baxımından isə 12,9% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 329 vahid (2,7 dəfəyədək çox) 45 742,38 min dollar dəyərində (artım 2,7 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 195 vahid (120 vahid çox) 24 316,94 min dollar dəyərində (2,7 dəfədən çox) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-avqustunda ölkəyə dəyəri 91 933,77 min dollar (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 2 dəfədən çox) təşkil edən 8 210 vahid (13,5% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 9 060,58 min dollar (4,9 dəfə çox) dəyərində 267 vahid (212 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol