Bu şəxsin heykəli iki həftə ərzində quraşdırılacaq

Xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin heykəlinin yaxın iki həftə ərzində quraşdırılması gözlənilir. Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu müddət ərzində heykəl və onun ətrafında olan bütün lazımi işlər də tamamlanacaq.
Bir müddət əvvəl Tofiq Quliyevin heykəlinin postamenti "Bakı” Mehmanxanasının yerində salınmış parka gətirilib və quraşdırılıb. Abidənin müəllifi heykəltaraş Tural Rzaquliyevdir.
Nazirlik, həmçinin Aşıq Ələsgərin abidə müsabiqəsi ilə bağlı da məsələyə aydınlıq gətirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























