Qazinin övladına kobudluq edən məktəb direktoruna töhmət verilib - BŞTİ

Qarabağ müharibəsi iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru kobud rəftarı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırılıb və direktor Sevinc Hüseynovaya töhmət verilib. Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsi məlumat yayıb.
İdarədən verilən xəbərə görə, araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib.
Sentyabrın 19-da BŞTİ rəhbərliyi Elşən Umarovla görüşüb və övladının təhsili üçün yaradılmış şəraitlə bağlı söhbət aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























