MTN polkovniki Yasin Məmmədovun əmlakları müsadirə olunub

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi, polkovnik Yasin Məmmədovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə olunub.
Bakı Hərbi Məhkəməsinin bu gün qəbul etdiyi hökmdə Yasin Məmmədovun öz adına və qohumu Fərid Məmmədovun adına rəsmiləşdirilmiş ümumilikdə 278 min 600 manatlıq əmlakının dövlət nəfinə müsadirə olunacağı qeyd olunub.
Həmin əmlakların siyahısını təqdim edirik:
Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən 104 min manatlıq mənzil;
Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 72 min manatlıq torpaq sahəsi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























