• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell rəqəmsal kartının növbəli aktivasiyasına start verdi!

Azercell rəqəmsal kartının növbəli aktivasiyasına start verdi!
21.09.2022 16:36
Lider mobil operator öz rəqəmsal kartını ilk qrup abunəçilərinə təqdim edir

Azercell-in yeni Fintek layihəsi çərçivəsində özündə həm bank, həm də mobil rabitə imkanlarını birləşdirən Azercell rəqəmsal kartı şirkətin rəsmi saytında öncədən sifariş prosesindən keçən məhdud abunəçi qrupu üçün artıq aktiv edilir. 

Abunəçilər "Kabinetim” tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək rəqəmsal kartın aşağıdakı ilkin xidmət çeşidlərindən yararlana bilər: 


Kartın və cüzdanın aktivləşdirilməsi –  Kabinetim tətbiqi daxilində Azercell xidmət və satış mərkəzlərinə gəlmədən və heç bir fiziki sənəd imzalamadan rahat və tez bir şəkildə Rəqəmsal Karta qoşulma imkanı. 


"Müştərini tanı” (KYC) verifikasiyası – Real zaman rejimində üztanıma texnologiyaları əsasında ucdan-uca rəqəmsal identifikasiya imkanı. 


Apple Pay - ödəniş kartını üçüncü tərəflərə ötürmədən rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş həyata keçirmək imkanı. 


Kartdan karta köçürmə (Card to Card) – ölkədaxili istənilən bank kartına heç bir xidmət haqqı tutulmadan kartdan-karta köçürmə etmək imkanı. 


Cüzdandan cüzdana köçürmə (Wallet to wallet) – Azercell Rəqəmsal kartının istifadəçiləri arasında bir cüzdandan digər cüzdana heç bir xidmət haqqı tutulmadan vəsait köçürmə imkanı.


Tətbiq daxilində balansın artırılması – digər bank tətbiqinə keçmədən cüzdanın balansını artırmaq imkanı.


Kommunal ödənişlər – heç bir xidmət haqqı tutulmadan kommunal ödənişlər etmək imkanı.  


Layihənin sonrakı gedişatı ilə rəqəmsal kartın təqdim edəcəyi imkanların sayı da genişlənəcək.  


Müştərilərə hərtərəfli rəqəmsal təcrübə təklif edən rəqəmsal kart üçün öncədən sifariş iyul ayından etibarən mümkün olub və xidmətin aktiv edilməsi prosesi növbəli şəkildə həyata keçiriləcək. 


Həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulan Fintek layihəsi PAŞA Bank, Visa və AzInTelecom əməkdaşlıq çərçivəsində həyata keçirilir. PAŞA Bank, eyni zamanda rəqəmsal kartın emitenti qismində çıxış edir. 







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol