• $
  • €
  • ₽
  • ₺
  • £

Hadrutda YDM istifadəyə verildi

Hadrutda YDM istifadəyə verildi
21.09.2022 21:30
Bu gün, sentyabrın 21-də Xocavənd rayonunun Hadrut qəsəbəsində "SOCAR” brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bu barədə SOCAR məlumat yayıb.

Bu məntəqə Füzuli-Hadrut-Şuşa avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitəsi sahibləri üçün əlverişli hesab edilir. Sözügedən YDM-də "Aİ-92” markalı benzin və "Dizel” yanacağının satışı həyata keçiriləcək.
 
Bundan əlavə, "Zəfər yolu”nun Şuşa istiqamətində daha bir modul tipli YDM-in istifadəyə verilməsi nəzərdə tutulur.
 
"SOCAR PETROLEUM” QSC daha əvvəl də Şuşa və Ağdam rayonlarında modul tipli YDM-ləri istifadəyə verib. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonunun Eyvazlı kəndində yerləşir. Hadrut qəsəbəsində istismara verilən yeni YDM ilə birlikdə, "SOCAR PETROLEUM” QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən YDM-lərinin sayı dördə çatdırılıb.
 
Hazırda ölkə ərazisində SOCAR brendli 43 YDM şəbəkəsi və 11 neft terminalı bazası fəaliyyət göstərir. Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan "SOCAR PETROLEUM” QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının satışında ölkə üzrə liderdir. "SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı mövcuddur.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol