Əvəz Zeynallı həbsdə saxlanıldı

Binəqədi Rayon Məhkəməsi hazırda barəsində həbs qətiimkan tədbiri seçilmiş "Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsadəti təmin etməyib. Bu barədə onun vəkili Aqil Layıc Anews.az-a çərşənbə günü məhkəmə iclasından sonra bildirib.
"Hakim Vüsal Tağıyevin sədrliyi keçirilən prosesdə Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığı deyilib və onun ev dustaqlığına buraxılması barədə vəsadətini təmin edilməyib", - Aqil Layic deyib.
Bir müddət qabaq haqqən.az saytında Əvəz Zeynallının Baku Steel Company şirkətinin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat pul aldığı barədə məlumatlar yer alıb. Bundan sonra Baş prokurorluq məsələni araşdrmaya götürməsi barədə xəbər yayıb.
KİV-də gedən məlumata görə, Rasim Məmmədovun arvadı Əvəz Zeynallıya onun əri barədə təhqiredici məlumatlar verməməsi məqsədilə pul təklif edib. Jurnalist isə pulu almasına baxmayaraq təhqirləri dayandırmayıb.
Mətbuatda pulun Əvəz Zeynallıya Rasim Məmmədovun vəkili Elçin Quliyev vasitəsilə verildiyi də iddia olunur.
Rasim Məmmədovun vəkili Elçin Sadıqov müdafiə etdiyi şəxsin ailəsi ilə əlaqə saxladığını və iddianın əsassız olduğunu bildirib.

Baş prokurorluğun apardığı istintaq əməliyyatları zamanı Əvəz Zeynallı və Elçin Sadıqovun evi və ofislərində axtarış aparılıb və Binəqədi Rayon Məhkəməsi onlar barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçib. Bakı Appelyasiya məhkəməsi Elçin Sadiqovun ev dustaqlığına buraxılması barədə şikayətini sentyabrın 17-də təmin edib.
Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü və Elçin Sadıqov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib.
2011-ci ildə rüşvət almaq ittihamı ilə həbs edilən Əvəz Zeynallı iki ildən sonra 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2014-cü ildə əfv fərmanı ilə azadlığı buraxılıb. Əvəz Zeynallı barəsində verilən ittihamları rədd edib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib