• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat Şurası nədir - "faydalı qurum", ya" PA-nın beşinci təkəri"? - FİKİRLƏRİN toqquşması

Mətbuat Şurası nədir - "faydalı  qurum", ya" PA-nın beşinci təkəri"? -  FİKİRLƏRİN toqquşması
21.09.2022 19:22
Azərbaycan Mətbuat Şurası Təşkilat Komitəsi İdarə Heyətinə seçiləcək jurnalistlərin siyahısını bu gün  müəyyənləşdirib. Həmin namizədlər arasında kimin İdarə heyətinə üzv olacağı qurumun sentyabrın 24-də keçiriləcək qurultayında bilinəcək.  Bu barədə Anews.az-a Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov bildirib. 
 
Həmin siyahıda birinci sırada  525-ci qəzetin baş redaktoru və təsisçisi Rəşad Məçid, ikinci yerdə "İki sahil" qəzetinin  baş redaktoru Vüqar Rəhimzadə, üçüncü yerdə isə APA xəbər agentliyinin baş redaktoru və təsisçisi Vüsalə Mahirqızı tutub. Namizədlər arasında Modern media qrupunun rəhbəri Elşad Eyvazlı, Qaynarinfo saytının baş redaktoru Zahir Əzəmət, məşhur telejurnalist və BDU jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli , həmin fakültənin dekanı Vüqar Zifəroğlu kimi əvvəllər Mətbuat Şurasının idarə heyətində təmsil olunmayan simalar da var.  
 
Mətbuat Şurasının İdarə Heyətinə namizədlər arasında bu qurumda gənclərin təmsilçiliyinin tərəfdarı olan Editor.az  saytının baş redaktoru Fərid Şahbazlı da var. 
 
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov namizədlərin demokratik yolla müəyyən edildiyini bildirib. 

"Ümumilikdə kimlər ki, səs toplayıb, onlar namizəd olaraq seçilir. Ən çox səs toplayanlar isə qurultayda  mətbuat şurasının idarə heyətinin üzvləri seçiləcəklər",- Amaşov bildirib.
 
Mətbuat Şurası  2003-cü il martın 15-də ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də ictimaiəsaslarda çalışan bu qurum  Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasını yaratmaqda məqsəd dövlətlə jurnalistlər arasında körpü yaratmaq olub. Bu qurum öz fəaliyyəti zamanı jurnalistlərinin hüquqlarının müdafiəsini əsas götürərək onların barəsində məhkəmə iddialarının qaldırılmasının qarşısını almalı idi. 
 
Mətbuat Şurasının yaradılması ideyasının daşıyıcılarından sayılan "Yeni Nəsil" Jurnalist Birliyinin sədri Arif Əliyev namizədlər sırasında təmsil olunmaq istəmədiyini bildirib.

"Mən özüm müraciət etdim ki, məni o siyahıya əlavə etməyin. Çünki hesab edirəm ki, şura yarandığı gündən ilkin prinsiplərindən çox uzağa gedib. Hazırkı heyətlə işləmək istəməzdim", - Əliyev vurğulayıb.
 
Mətbuat şurasının yaradılmasının vaxtilə vacib sayan Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə  Mətbuat şurasını "Prezident Administrasiyasının beşinci təkəri" adlandırıb.

"Mətbuat Şurasından  etiraz olaraq 2009-cu ildə çıxmışam. Mətbuat şurasındakı namizədlərin hamısı hökumət tərəfindən maliyyələşən, nəzarətdə olan medialardır. Mənə namizədlərin kim olduğu heç maraqlı da deyil. Bu qurumu Prezident Administrasiyasının beşinci təkəri hesab edirəm", - Mehman Əliyev söyləyib. 
 
Qurultayda Mətbuat şurasının İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.
 
Aytac Zeynalova
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol