Türkiyəyə müalicəyə gedənlər üçün yenilik

Türkiyə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Türkiyəyə müalicəyə gedən Azərbaycan vətəndaşları üçün xüsusi portal yaradılıb. Bunu "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”ndə çıxışında Türkiyənin səhiyyə naziri Fahreddin Koca deyib.
"Azərbaycandan Türkiyəyə müalicəyə gedənlər üçün bu il xüsusi portal istifadəyə verilib. Portal vasitəsi ilə həkim və xəstəxana seçmək imkanı var", - nazir deyib.
Amma nazir portalın adını və ondan istifadə qaydaları barədə məlumat verməyib.
Türkiyə SƏhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin birinci yarımilində Türkiyəyə ən çox xəstə İraqdan (9.474) və Azərbaycandan (7.883) gəlib.
Qonşu ölkəyə hər hansı səbəblə müvəqqəti gedən turistlər arasındahəkimə müxtəlif səbəblərdən müraciət edənlər arasında da azərbaycanlılar üstünlük təşkil edib. Onların sayı 11.673 nəfər olub.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























