• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyev polisdə ifadə verdikdən sonra sərbəst buraxılıb

Bəxtiyar Hacıyev polisdə ifadə verdikdən sonra sərbəst buraxılıb
14.04.2014 18:40
Bəxtiyar Hacıyev barəsində cinayət işi Türkiyə vətəndaşının şikayəti əsasında görə başlanıb. Bu barədə APA-ya B.Hacıyev özü məlumat verib.B.Hacıyev qeyd edib ki, Türkiyə vətəndaşı Nurəddin Eresin şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinə çağırılıb: “Türkiyə vətəndaşı olan Nurəddin Eres bir neçə nəfərdən, o cümlədən məndən məktəb tikintisi adı ilə borc istədi. Nurəddin Eres yanvar ayında məndən pulu alanda müəyyən sənədlər qoydu, o cümlədən də yanvar ayında pasportunu verdi. Sonra mənə məlum oldu ki, o, Bakıda “Fənərbaxça” futbol klubunun məktəbini açıb. Amma indi o və həyat yoldaşı, “Pərvanələrin rəqsi” teleserialında iştirak edən aktrisa Mətanət Əhmədova polisə mənim barəmdə şikayət edərək bildiriblər ki, pasportu, telefonları zorla əlindən alınıb və bu səbəblərə görə mənə qarşı Nərimanov rayon Polis İdarəsində cinayət işi açıblar”. B.Hacıyev Türkiyə vətəndaşının əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinə dəfələrlə məlumat versə də, ona qarşı tədbir görülmədiyini bildirib.Gənc fəal Nərimanov Rayon Polis İdarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.***17.22  Azərbaycanda gənc fəala qarşı cinayət işi başlayıb.Bu barədə APA-ya “Müsbət Dəyişikliklər” Hərəkatının təsisçisi Bəxtiyar Hacıyev özü məlumat verib.B.Hacıyev qeyd edib ki, bu gün Nərimanov Rayon Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.Hazırda polisdə ifadə verdiyini qeyd edən B.Hacıyev özünə qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol