• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL yeni bort əyləncə sistemini təqdim edir

AZAL yeni bort əyləncə sistemini təqdim edir
22.09.2022 22:00
Azərbaycanın milli aviadaşıyıcısı təyyarələrin göyərtəsində yeni prinsip üzrə əyləncə sistemini tətbiq etməyə başlayır.
 
AZAL-dan verilən məlumata görə, artıq sərnişinlər Wi-Fi vasitəsilə təyyarənin multimedia şəbəkəsinə qoşulmaq üçün mobil cihazlarından (telefon və planşet) istifadə edə, daha sonra isə birbaşa öz qadcetlərində bədii və sənədli filmlərə, idman proqramlarına, cizgi filmlərinə, seriallara, şou proqramlara və bir çox müxtəlif məzmunlu audio və video kontentlərə baxa və dinləyə biləcəklər.
 
Multimedia kontentlərinə baxmaq üçün üçüncü tərəfin mobil tətbiqini yükləməyə ehtiyac yoxdur, bütün əməliyyatlar mobil brauzer vasitəsilə həyata keçirilir.
 
İlkin mərhələdə bu sistemin "Airbus 319” və "Airbus 320” təyyarələrinin göyərtələrində tətbiq edilməsi nəzərdə tutulur.
 
Gələcəkdə digər təyyarələrin göyərtəsində simsiz axınlı əyləncə xidmətinin tətbiqi planlaşdırılır.
 
Uçuş zamanı əyləncə və Wi-Fi bağlantısı artıq səyahətin ayrılmaz hissəsinə çevrilib. AZALa məxsus təyyarələrin göyərtəsindəki multimedia kontentləri daim yenilənməkdə davam edəcək.
 
"Azərbaycan Hava Yolları” təyyarədə yeni simsiz axınlı xidmətinin istifadə qaydaları haqqında videoçarx hazırlayıb: //youtu.be/R7aE-pCUedo

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol