Əflatun Amaşova yeni vəzifə VERİLDİ

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Xalq Qəzet"-də baş redaktor təyin olunub. Bu barədə anews.az saytına adının anonim qalmasını istəyən qəzetin əməkdaşı bildirib.
Qəzetin əvvəlki baş redaktoru Həsən Həsənov iki gün əvvəl vəzifəsindən azad olunub.
Əflatun Əhməd oğlu Amaşov 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan Mətbuat Şurasının Sədridir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























