• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr - Siyahı

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr - Siyahı
23.09.2022 13:32
Azərbaycanda təbii artım (doğulanlarla ölənlərin fərqi) 1945-ci ildən sonra ən aşağı səviyyəyə düşüb. 2021-ci ildə isə Azərbaycanda doğulanların sayı hər 1000 nəfərə 11,2, ölənlərin sayı isə 7,7 olub. Nəticədə təbii artım hər 1000 nəfərə 3,5 olub.

Təbii artım sonuncu dəfə bu göstəricidən aşağıya 1845-ci ildə düşüb. Həmin il təbii artım 0,3 olub. Ümumiyyətlə son 80 il ərzində Azərbaycanda təbii artım ən yüksək səviyyəyə 1960-cı ildə çatıb. Ötən əsrin 60-cı ilində Azərbaycanda təbii artım 35,9 olub. Ən aşağı səviyyəyə isə 1943-cü ildə çatıb. İkinci dünya müharibəsinin davam etdiyi həmin ildə təbii artım mənfi 8,4% olub.

Məlumat üçün onu da bildirək ki, ötən il dünyada ən yüksək təbii artım Afrika qitəsində yerləşən ölkələrdə qeydə alınıb. Dünyada təbii artımın 30-da yüksək olduğu 13 ölkə olub və bunların hamısı Afrika qitəsi ölkləridir:

Somali – 38

Niger – 37

Çad – 37

Konqo Demokratik Respublikası - 36

Mali – 36

Anqola – 35

Benin -35

Mərkəzi Afrika Respublikası – 34

Uqanda – 33
 

Madaqaskar – 31

Mayotta – 31

Burundi – 30

Zambiya – 30

Afrikada təbii artımın ən aşağı səviyyədə olduğu ölkələr isə Mavrikiya (2), CAR (7), Tunis (9) və Lesotoda (9) olub.

Amerika qitəsində təbii artımın ən yüksək olduğu ölkələr Fransa Qvineyası (26), Qvatemala (18), Honduras (16), Nikaraqua (16), Boliviya (15), Haiti (15) olub. Bu qitədə təbii artımın ən aşağı səviyyədə olduğu ölkələr isə Puerto-Riko (-3), Kuba (-1), ABŞ (1), Uruqvay (1) və Kanada (2) olub.

Asiya qitəsində isə Fələstin (26), İraq (23), Yəmən (23,6), Tacikistan (24), Əfqanıstan (26), Pakistan (22) və Monqolustan (18) təbii artımın ən yüksək olduğu ölkələrdir. Asiyda ən aşağı təbii artım Yaponiyada (-4), Honkonqda (-1), Gürcüstanda (-1), Ermənistanda (0) və Tayvanda (0) qeydə alınıb.

Avropada isə ən yüksək təbii artım İslandiya (6), İrlandiya (5) və Kosovoda (4) olub. Bu qitədə ən aşağı artım isə Bolqarıstanda (-9), Ukraynda (-8), Serbiyada (-8), Latviya (-7) və Litvada (-7) olub.

Keçmiş sovet ölkələri və Azərbaycana qonşu olan ölkələrdə isə təbii artım aşağıdakı kimi olub:

Tacikistan (24)
Özbəkistan (20)
Qırğızıstan (18)
Türkmənistan (17)
Qazaxıstan (13)
Türkiyə (9)
İran (9)
Azərbaycan  (3,5)
Ermənistan (0)
Gürcüstan (-1)
Moldova (-1)
Estoniya (-2)
Belarus (-4)
Rusiya (-5)
Latviya (-7)
Litva (-7)
Ukrayna (-8)(yeniavaz)
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol