• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 3 yeni radionun fəaliyyətinə icazə verildi

Azərbaycanda 3 yeni radionun fəaliyyətinə icazə verildi
23.09.2022 14:56
Audiovizual Şura radio yayımları ilə bağlı "NHR" MMC (radio redaksiyanın adı "Yurd FM"), "Bakı FM" MMC (radio redaksiyanın adı "Bakı Hit FM"), "Retro FM" MMC (radio redaksiyanın adı "Bakı Retro FM") adlanan 3 iddiaçının qalib olduğunu elan edib. Bu barədə  Şuradan məlumat verilib.
 
Bildirilib ki, Şuranın növbəti iclası keçirilib. İclasda 3 (üç) ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqələrə yekun vurulub və qaliblər elan olunub.
 
İlk olaraq müsabiqələrə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki imkanlarının, yaradıcılıq və kadr, habelə maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının geniş mərizəsi və rəyi dinlənilmişdir. Daha sonra Şura üzvləri ayrı-ayrılıqda müsabiqələrdə iştirak edən iddiaçılar haqqında fikirlərini bildiribər.
 
İclasın sonunda 3 müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 7 iddiaçı arasında daha üstün texniki, yaradıcı, kadr və iqtisadi potensiala malik olan 3 iddiaçı - "NHR" MMC (radio redaksiyanın adı "Yurd FM"), "Bakı FM" MMC (radio redaksiyanın adı "Bakı Hit FM"), "Retro FM" MMC (radio redaksiyanın adı "Bakı Retro FM") - qalib elan olunmuş və hər bir müsabiqə üzrə yekun qərarlar verilib.
 
Şuranın müvafiq qərarlarına əsasən Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 90.7 MHs, İsmayıllı rayonundakı "İvanovka" RTYS-dan 104.5 MHs, Lənkəran rayonundakı "Lənkəran" RTYS-dan 89.6 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 98.0 MHs, Zaqatala rayonundakı "Danaçı" RTYS-dan 90.9 MHs "Yurd FM" radio kanalının yayımı üçün "NHR" MMC-nin istifadəsinə, Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.0 MHs, İsmayıllı rayonundakı "İvanovka" RTYS-dan 98.8 MHs, Lerik rayonundakı "Lerik" RTYS-dan 107.5 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 96.1 MHs, Ağstafa rayonundakı "Poylu" RTYS-dan 88.4 MHs radiotezlikləri "Bakı Hit FM" radio kanalının yayımı üçün "Bakı FM" MMC-nin istifadəsinə, Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.3 MHs, Ağsu rayonundakı "Gülüstan" RTYS-dan 102.1 MHs, Lerik rayonundakı "Lerik" RTYS-dan 91.3 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 97.1 MHs, Quba rayonundakı "Dağlı" RTYS-dan 93.3 MHs radiotezlikləri "Bakı Retro FM" radio kanalının yayımı üçün "Retro FM" MMC-nin istifadəsinə ayrılıb.
 
Daha sonra iclasda Şəmkir rayonunda yerləşən "Atabəy" radio-televiziya stansiyasından 22-ci TV yayım kanalından yayımlanan yerüstü rəqəmsal açıq (sosial) televiziya paketinin qəbulunda maneələr yarandığından açıq (sosial) paketin yayımının həmin stansiyadan 35-ci TV yayım kanalından həyata keçirilməsi haqqında qərar qəbul olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol