• $
  • €
  • ₽
  • ₺
  • £

"Kanal - 13"-ə xəbərdarlıq edilib, kanal sahibi bunu əsassız sayır

"Kanal - 13"-ə xəbərdarlıq edilib, kanal sahibi bunu əsassız sayır
23.09.2022 16:37
"Kanal 13" "Youtube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq olunub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib. 
 
 "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Milli Təhlükəsizlik haqqında”  Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı "Youtube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib. Əziz Orucova sentyabrın 15-də "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub", - baş prokurorluğun məlumatında bildirilir. 

Baş Prokurorluq həmçinin qeyd edir ki, xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb. 
 
Amma "Kanal-13"-ün sahibi Əziz Orucov isə anews.az-a kanallarından heç bir materialın silinmədiyini və əslində xəbərdarlığın hansı materiala görə edildiyini bilmədiyini bildirib. 
 
"Hansı məqamlara görə xəbərdalıq olunduğunu soruşanda  konkret məqam göstərmədilər. Bizim kanaldan heç bir material silinməyib. Bu xəbərdarlıqdan sonra mənim həbs ediləcəyim gözlənilir. Hazırda vəkillərimlə məsləhətləşmələr aparıram", - Əziz Orucov bildirib.
 
Aytac Zeynalova
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol