Metroya giriş məhdudlaşdırıldı, sıxlıq yarandı - Video

Bakı metrosunun "Elmlər Akademiyası” stansiyası girişində sıxlıq yaranıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
www.anews.az
"Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metroya giriş tam məhdudlaşdırılmayıb.
"Metronun "Elmlər Akademiyası” stansiyasına girişin tam məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Sərnişin axını çox olduğu üçün, sərnişin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tənzimləmə mexanizmləri həyata keçirilir. Sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir", o deyib.

Metropoliten sözçüsünün sözlərinə görə, əgər son günlərdəki sıxlıq biraz da davam edərsə, platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. O qeyd edib ki, vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib