• $
  • €
  • ₽
  • ₺
  • £

Şagird sayı az olan məktəblər birləşdirilə bilər

Şagird sayı az olan məktəblər birləşdirilə bilər
14.04.2014 16:08
Azərbaycanda məktəblər şəbəkəsinin rasionallaşdırılması məsələsi gündəmdədir. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, rasionallaşdırma deyəndə, məsələni sadəcə bir məktəbin digər məktəblə birləşdirilməsi kimi başa düşmək olmaz. Burada bir çox amillərin mövcud olduğunu deyən A.Əhmədov qeyd edib ki, infrastruktur və digər məsələlər də gündəmdədir: “Bizim elə yaşayış məntəqələrimiz var ki, orada məktəblərin sayı azdır. Hər hansı məktəbin birləşdirilməsi, şagirdlərin ora gətirilməsi və şagird sayı az olan 3-4 kənd məktəbinin birləşdirilərək vahid bir məktəbin yaradılması kimi məsələlər təkcə bu sahədəki istəyimizdən asılı deyil. Burada mövcud olan bir çox amillər həll olunmalıdır. Rasionallaşdırma gündəmdədir, bu məsələlərlə məşğul olunur və gələcəkdə davam etdiriləcək. Amma bu, düşünülən qədər və göründüyü kimi asan məsələ deyil”. Rasionallaşmaya ehtiyac olan məktəblərə gəlincə, nazirlik rəsmisi bildirib ki, daha çox dağlıq zonalarda buna ehtiyac var. Onun sözlərinə görə, ölkədə şagird kontingenti 100-dən aşağı olan məktəblər, hətta tam orta məktəblər var: “Lakin biz deyə bilmərik ki, məktəb yaşlı uşaq az olduğuna görə onlar öz ərazilərində oxumasınlar. Təbii ki, daha təkmil bir iş sistemi yaratmaqla və daha artıq məsrəf sərf etməməklə uşaqların təhsilinin təşkili vacib məsələdir. Bu, daha çox araşdırmalar və müvafiq işlərin görülməsini tələb edir”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol