Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçkisi başa çatıb

Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə yekunlaşıb. Bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
www.anews.az
"Hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib bir saat ərzində elan olunacaq”, o bildirib.
Mətbuat Şurası 2003-cü il martın 15-də ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də ictimaiəsaslarda çalışan bu qurum Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Mətbuat Şurasını yaratmaqda məqsəd dövlətlə jurnalistlər arasında körpü yaratmaq olub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























