• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan 20 gənc polis Türkiyədə təhsil alacaq

Azərbaycandan 20 gənc polis Türkiyədə təhsil alacaq
24.09.2022 19:26
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” protokola əsasən, 2022-2023-cü tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində təhsil almaq üçün Azərbaycan Daxili İşlər Nazirliyinə 20 yer ayrılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən DİN-in "Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 20 gənc əməkdaş seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib.

Bu münasibətlə seçilmiş əməkdaşları qəbul edən Vilayət Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər Nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə Türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərlərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyə edib. O əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan Polisini, xalqımızı şərəflə təmsil edəcəklər.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol